Bakıda kirayəyə velosiped götürənlərin sayı açıqlandı

"Bakıda velosiped kirayəsi xidməti 24 avqust tarixindən fəaliyyətə başlayıb".

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mikromobillik şöbəsinin müdiri Coşqun Məmmədov ictimai dinləmədə çıxış edərək deyib.

O bildirib ki, indiyədək kirayəyə verilmiş velosipedlərlə təxminən 140 min kilometr sürüş olub. Bu dövr ərzində ümumilikdə 2056 velosiped kirayə götürülüb. Hər gün təxminən 650 sifariş qeydə alınır və xidmətə müraciət edən sürücü sayı 300-305 nəfər arasında dəyişir.

Velosiped kirayəsi üçün indiyədək 30128 nəfər qeydiyyatdan keçib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı