Bu yola daxil olanlar 100 manat cərimələnəcək

Bakı şəhərinin bir sıra küçə və prospektlərindəki COP29 zolaqlarına avtomobillərin daxil olması bu gecə saat 12-dən etibarən qadağan ediləcək.

Metbuat.az xəbər verir ki, COP29 zolaqlarına daxil olan sürücülər 100 manat cərimə ediləcək, eləcə də onlara 3 bal yazılacaq.

COP29 zolaqları şəhərin bir sıra küçə və prospektılərini, Zuğulba yolunu, eləcə də Zığ, Hava limanı və Salyan şoselərini əhatə edir.

Xatırladaq ki, xüsusi zolaqlar 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 tədbiri ilə bağlı nəqliyyatın tənzimlənməsi məqsədilə çəkilib.

Ətraflı videoda:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı