Klopp illər sonra həmin epizoddan danışdı - Ramosu tənqid etdi

"Liverpul"un keçmiş baş məşqçisi Yurgen Klopp 2018 Çempionlar Liqasının finalında Serxio Ramos və Muhammed Salah arasında baş verən epizoddan danışıb.

Metbuat.az xəbər verir ki, Klopp illər sonra epizodu şərh edərkən, Ramosu sərt tənqid edib.

Klopp deyib: “Serxio Ramos doğrudanmı yaxşı insandır? O, mənim favoritlərimdən deyil. Onun etdiyi hərəkət qəddar idi. Təbii ki, o, orada Salahın çiyninə nə olacağını bilə bilməzdi, amma hamımız bilirik ki, o, Salahın zədələnməsini sevinclə qarşıladı. Mənim heç vaxt belə düşüncəli oyunçularım olmayıb. Olanda da komandadan getmələri üçün hər şeyi etmişəm”.

Qeyd edək ki, finalda "Real Madrid"ə 1:3 hesabı ilə məğlub olan "Liverpul" kuboku əldən verib. “Liverpul” növbəti il “Tottenhem”i məğlub edərək kuboku qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı