Göyçayda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan 1975-ci il təvəllüdlü Çərəkə kənd sakini Piriyev İsmət Medal oğlunun nəşi doğulduğu kənddə ailəsinə təhvil verilib.

Metbuat.az-ın məlumatına görə, şəhidlə vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, qəhrəman şəhidimiz 11 yanvar 1994-cü ildə Fizuli rayonunun Abdurahmanlı kəndində itkin düşmüşdü.

Allah bütün şəhidlərimizə rəhmət etsin!

Davud Tarverdiyev / Metbuat.az