7 məktəb və liseyə direktor təyin olundu

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əhatə etdiyi şagird sayı 150-dək olan ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifəsi üçün keçirilən müsahibə mərhələsində uğur qazanan namizədlər ümumtəhsil məktəblərinə direktor təyin olunub.

Metbuat.az xəbər verir ki, müsabiqənin sənəd qəbulu mərhələsində 13 vakant vəzifə üçün 48 namizəd müraciət etmiş, həmin namizdlərdən 43-ü müsahibə mərhələsində iştirak edib. Müsahibə zamanı 8 ümumi təhsil müəssisəsi üzrə yekun orta balı 3 və daha yüksək olan 8 namizəd keçid balını toplamış hesab olunub. Uğur qazanan namizədlərdən 6-sı - Şərur rayon Muğancıq Mehrab, Babək rayon Yuxarı Buzqov, Ordubad rayon Nürgüt, Çənnəb, Culfa rayon Milax, Qazançı kənd tam orta məktəblərinə direktor vəzifəsinə təyin olunublar. Həmçinin Nazirliyə birbaşa tabe ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinə işə qəbul prosesi rəğbətləndirmə prinsiplərinə uyğun olaraq həyata keçirilib və Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin direktoru Fərəcova İlahə Vahid qızı Naxçıvan Qızlar Liseyinə direktor təyin olunub.

Qeyd edək ki, 16 noyabr 2024-cü il tarixində isə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən şagird sayı 151-500 olan ümumtəhsil müəssisələrində vakant direktor vəzifəsi üzrə keçirilmiş test mərhələsində uğur qazanan namizədlər üçün müsahibə mərhələsi təşkil olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı