"Boston Dynamics"in insanabənzər robotunun yeni görüntüsü - VİDEO

"Boston Dynamics" şirkəti insanabənzər "Atlas" robotunun yeni görüntüsünü paylaşıb.

Metbuat.az xəbər verir ki, yüksək hərəkət qabiliyyəti ilə diqqət çəkən robot maşın öyrənməsi və təkmilləşdirilmiş sensorlardan istifadə edərək zavod şəraitində verilən tapşırığı necə yerinə yetirdiyini nümayiş etdirib.

"Atlas" robotuna təcrübədən keçirmək üçün detallar və daşınacağı anbar yerlərinin siyahısı verilib. Robot sensorları və maşın öyrənmə alqoritmlərindən istifadə edərək tapşırıqı məharətlə yerinə yetirib. Hətta videonun bir anında səhv etdiyini anlayan "Atlas" robotu səhvini dərhal düzəldərək problem anında nə dərəcədə çevik olduğunu nümayiş etdirib.

Videodakı “Tamamilə Avtonom” (Fully Autonomous) qeydindən də aydın olduğu kimi, "Boston Dynamics"in insanabənzər robotu minimum insan müdaxiləsi ilə kompleks tapşırıqları yerinə yetirə bilir.

Həmin videonu təqdim edirik:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı