Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Orxan Rüfət oğlu Hüseynzadə bu gün kollektivə təqdim olunub.

Metbuat.az xəbər verir ki, təqdimatı Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə edib.

Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

O.Hüseynzadə ona göstərilən etimada görə minnətdarlıq edib.