Zaqatalada iki nəfər dəm qazından zəhərlənib.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Əliabad qəsəbəsində baş verib.

Belə ki, 1983-cü il təvəllüdlü İrapova Nayimə və 2009-cu il təvəllüdlü İrapova Havva dəm qazından zəhərlənərək Zaqatala rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Məlumata görə, zərərçəkənlər Vətən müharibəsi şəhidi İsmayıl İrapovun anası və bacısıdır.