“Real Madrid”də Arda Gülerlə bağlı müzakirələr davam edir.
Metbuat.az xəbər verir ki, Toni Kroosun karyerasını yekunlaşdırması, Luka Modriçin isə əvəzedici oyunçu olması ilə bu mövsüm “Real Madrid”in start heyətində olacağı deyilənArda Gülerin ehtiyatda qalması müzakirələrə səbəb olub. “Defensa Central”da yer alan xəbərə görə, “Real Madrid “prezidenti Florentino Peresin Arda Güler və Endriklə bağlı səbri tükənir. Xəbərdə, ““Real Madrid” prezidenti Florentino Peres Karlo Ançelottinin bəzi idman qərarlarından narazılığını açıq şəkildə ifadə edib” - deyə bildirilib.
Peres italiyalı məşqçidən Arda Güler və Endrik kimi perspektivli futbolçuların meydanda daha çox vaxt keçirməsini istəyib. Xəbərdə deyilir ki, prezident Karlo Ançelottinin heyətinə qarışmaq niyyətində olmasa da, baş məşqçiyə birbaşa xəbərdarlıq edərək, “Bu oğlanların uğur qazanması sizin əlinizdədir. Onlara güvənin” - deyib.