Talış və Suqovuşandan yeni görüntü - VİDEO

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə videoqrafların Ağdərə rayonunun Talış kəndinə və Suqovuşan qəsəbəsinə səfərini təşkil edib.

Bu barədə Metbuat.az-a Dövlət Komitəsindən bildirilib.

Qonaqlar səfər çərçivəsində Ağdərə rayonunun Talış kəndini və Suqovuşan qəsəbəsini ziyarət edib, burada yaradılan şəraitlə tanış olub, sakinlərlə söhbətləşiblər.

Onlar səfər etdikləri ərazilərdə təbiət mənzərələrini, doğma yurdlarında məskunlaşan sakinlərin gündəlik həyatını və məşğuliyyətini əks etdirən foto-video çəkilişlər aparıblar.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı