Fəlakətə səbəb iqlim böhranıdır - Sançez

İspaniyanın Baş naziri Pedro Sançes ölkənin şərq və cənub bölgələrində baş verən sel fəlakətinin səbəbinin arxasında iqlim dəyişikliyi böhranının dayandığını bildirib.

Metbuat.az xəbər verir ki, Sançez Madriddə baş nazirin iqamətgahında keçirilən mətbuat konfransında belə açıqlama verib. O bildirib ki, iqlim dəyişikliyi problemi siyasətdən üstün məsələdir və diqqətdə saxlanılmalıdır. Sançezin sözlərinə görə, hökumət bölgəni fövqəladə iqlim vəziyyətinə uyğunlaşdırmaq üçün plan hazırlayacaq. Hazırda siyasi müzakirələrdən uzaq qalacağını deyən Sançez, daşqından sonra 2025-ci il üçün yeni bir büdcəyə ehtiyac duyduqlarını və bunun parlamentdən keçməsinin vacib olduğunu ifadə edib.

Qeyd edək ki, bəzi dairələr sel fəlakətinin fəsadlarının irimiqyaslı olmasına görə hökuməti tənqid etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı