Ən etibarsız 4 bürc - Onlara güvənmək olmaz

Astrologiyaya görə, bəzi bürclər vədlərini yerinə yetirmirlər. Onlar ani həyəcandan vədlər verir, bəzən də plansızlıq və diqqətsizliyə görə verdikləri vədləri yerinə yetirə bilmirlər. Bu bürclər dəyişkən təbiətlərinə görə sözlərini unudurlar, tez-tez başqa istiqamətlərə çəkilirlər. Bəs verdikləri qərarların arxasında heç vaxt dayanmayan, ən etibarsız insanlar hansı bürclərin nümayəndəridir?

Metbuat.az sözünə sadiq qalmayan həmin 4 bürcü təqdim edir.

Əkizlər bürcü

İkizlər bürcü dəyişkən və qərarsız təbiəti ilə tanınır. Zəkaları və sürətli düşünmə qabiliyyətləri ilə təsirli olsalar da, verdikləri sözləri yerinə yetirməkdə etibarlı deyillər. Dəyişən düşüncələri və ruh halləri səbəbindən bir gün verdikləri sözü ertəsi gün unuda bilərlər. Bu burç insanları ani qərarlar verir və tez-tez planlarını dəyişir ki, bu da onları verdikləri sözlərə sadiq qalmaqdan uzaqlaşdırır.

Oxatan bürcü

Oxatanlar azadlıq aşiqləridir və bu xüsusiyyətləri verdikləri sözləri yerinə yetirmələrinə mane ola bilər. Macəra dolu və spontan olmaları səbəbilə uzunmüddətli öhdəliklərə qarşı məsuliyyət hiss etməyə bilirlər. Həyatı dolu-dolu yaşamaq istədiklərindən verdikləri sözləri yerinə yetirmək onlara yük kimi gəlir.

Balıqlar bürcü

Balıqlar emosional və xəyalpərəst təbiətə malikdirlər. Başqalarına kömək etmək və yaxşı təəssürat yaratmaq üçün söz verməkdən çəkinmirlər, lakin reallıqdan uzaq xəyalları və dəyişən ruh halləri səbəbindən verdikləri sözləri unuda bilirlər. Balıqlar yaxşı niyyətlidirlər, lakin planlama etməkdə və öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkə bilərlər.

Tərəzi bürcü

Tərəzilər insanları məmnun etmək istəyirlər və balans yaratmağa çalışırlar. Bu xüsusiyyətləri isə verdikləri sözləri tutmamaları ilə nəticələnə bilər. Başqalarını incitməmək və ya “yox” deyə bilməmək adına söz versələr də, qərarsızlıqları səbəbindən bu sözləri yerinə yetirə bilməzlər. Öz ehtiyacları ilə başqalarının gözləntiləri arasında tarazlıq yaratmağa çalışarkən verdikləri sözləri unuda bilirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı