XİN Zəfər Günü münasibətilə paylaşım etdi

Azərbaycanın Xarici İşlər Nazirliyi “X”dəki hesabında 8 Noyabr - Zəfər Günü münasibətilə paylaşım edib.

Metbuat.az xəbər verir ki, paylaşımda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin uğurlu siyasəti, ölkəmizin qüdrəti və ordumuzun şücaəti ilə qazandığımız 8 Noyabr - Zəfər Günü münasibətilə bütün həmvətənlərimizi ürəkdən təbrik edir, şanlı bayrağımızın bütöv Azərbaycanda əbədi olaraq dalğalanmasını arzu edirik.

Bayramımız mübarək”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı