İki dostun mübahisəsi ölümlə bitdi - Yaralılar var

Şəmkirdə iki dostun mübahisəsi zamanı ölən və xəsarət alanların kimliyi məlum olub.

Metbuat.az unikal.az-a istinadən xəbər verir ki, qətlə yetirilən Şəmkir şəhər sakini 1995-ci il təvəllüdlü A.Süleymanovdur. Digər bıçaq xəsarətləri alanlar 1986-ci il təvəllüdlü T.Gözəlov və 1991-ci il təvəllüdlü X.Məmmədovdur.

Hər iki şəxsin vəziyyətinin ağır olduğu bildirilir.

01:36

Şəmkir sakini qətlə yetirilib.

Metbuat.az xəbər verir ki, hadisə Şəmkir şəhərində mərkəzi küçələrin birində qeydə alınıb.

İki dostun arasında mübahisə düşüb. Davadan sonra dostlardan biri digərini bıçaqlayaraq qətlə yetirib, daha 2 nəfər isə yaralanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əmədaşları cəlb olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı