Türkiyə millisinin üzvü karyerasını bitirdi

Türkiyə milli futbol komandasının 35 yaşlı üzvü Ömər Toprak futbol karyerasını bitirib.

Metbuat.az xəbər verir ki, "Antalyaspor"da çıxış edən milli futbolçu Ömər Toprak futbol karyerasını başa vurduğunu açıqlayıb.

Toprak sosial media hesabında paylaşdığı mesajda 16 illik peşəkar futbolçu karyerasını bitirmək qərarına gəldiyini bildirib.

Peşəkar futbol həyatına "Frayburq"da başlayan Ömər Toprak daha sonra "Bayer Leverkuzen", "Borussia Dortmund", "Verder Bremen" və son olaraq "Antalyaspor"da çıxış edib. Milli komandanın formasını 27 dəfə geyinən futbolçu 2 dəfə qol sevinci yaşayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı