Mourinyo "Barselona"nın hücumçusunu istəyir

“Fənərbaxça” “Barselona”nın istedadlı futbolçusu Ansu Fatini heyətə cəlb etmək istəyir.

Metbuat.az xəbər verir ki, “Fənərbaxça” futbolçunu heyətə cəlb etmək üçün icarə təklifi edib. İspaniyanın “Sport” nəşrinin məlumatına görə, türk klubu mövsümün fasiləsində futbolçunu icarəyə götürmək istəyir. Bildirilir ki, “Fənərbaxça” ilə yanaşı “Sevilya” da futbolçu üçün hərəkətə keçib.

Qeyd edək ki, ispan futbolçu bu mövsüm zədə səbəbindən ümumilikdə 11 matçı buraxıb. Ansu Fati bu mövsüm “Barselona”da 7 matçda 158 dəqiqə oynaya bilib. “Barselona”nın oyun vaxtı əldə edə bilməyən futbolçunu icarəyə göndərməkdəmaraqlı olduğu bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı