“TECHNONICOL” PVC-membranları: təməllərin və binaların etibarlı mühafizəsi

TECHNONICOL” şirkətindən “LOGICBASE” və “ECOBASE” membranları müasir tikinti sahəsində yeraltı təməllərinin və digər strateji obyektlərin hidroizolyasiyası üçün ən etibarlı materiallardan biri hesab olunur.

Bu membranlar uzun istismar müddəti ərzində dərinlikdə yerləşən strukturların su və aqressiv kimyəvi birləşmələrin təsirindən mühafizəsində mühüm rol oynayır. Onların istehsalında yüksək keyfiyyətli xammaldan istifadə olunur, bu da membranlara nadir xüsusiyyətlər verir: tam suya davamlılıq, möhkəmlik, elastiklik.

Membranların əsas üstünlükləri:

Elastiklik, o cümlədən mənfi temperaturda, yüksək su təzyiqi altında dartılma və möhkəmlik. Bu xüsusiyyətlər PVC-membranları metro tunellərində, nəqliyyat tunellərində və sənaye obyektlərinin yeraltı strukturlarında hidroizolyasiya qatının yaradılması üçün ideal seçim edir. Bu membranlar hətta yüksək seysmik aktivliyi olan bölgələrdə də istifadə edilə bilər (MSK-64 şkalası üzrə 9 bala qədər).

Qaynaq yerlərin 100% germetikliyi və möhkəmliyi. LOGICBASE və ECOBASE membranları oddan istifadə edilmədən quraşdırılır - təbəqələr isti hava qaynağı ilə bir-birinə birləşdirir. Yaranan tikişlər möhkəmlik və germetikliyi baxımından material təbəqələrindən aşağı deyil. Sınaqlar zamanı tikişlər 24 saat ərzində 1 MPa su təzyiqinə məruz qalmış və onlar tam germetikliyi nümayiş etdirdilər.

Kimyəvi müqavimət və ekoloji təhlükəsizlik. PVC-membranlar yeraltı sularda aqressiv kimyəvi maddələrinin təsirinə davamlıdır. PVC-membranlardan hazırlanmış hidroizolyasiya təbəqəsi yeraltı strukturları torpaqdan gələn radondan qoruyur – yalnız xüsusi cihazların köməyi ilə aşkar edilə bilən sağlamlıq üçün təhlükəli radioaktiv qaz. Onun uzunmüddətli təsiri sağlamlığa zərərlidir.

Davamlılıq və təmir asanlığı. Sənaye Binalarının METİ (Mərkəzi Elmi-Tədqiqat İnstitutunun) mütəxəssislərinin texniki rəyinə əsasən, LOGICBASE V-SL membranının potensial istismar müddəti ən azı 150 ildir. İstehsalçının texniki dəstəyi və təmir asanlığı membranların uzunmüddətli etibarlılığını təmin edir.

Mövsümdən asılı olmayaraq sürətli quraşdırma. LOGICBASE və ECOBASE PVC-membranları hətta mənfi temperaturda və nəm əsaslara quraşdırıla bilər. Bu deməkdir ki, hidroizolyasiya quraşdırılması üçün ideal hava şəraitini gözləmək lazım deyil, bu da obyektin tikintisini sürətləndirir. Avtomatik qaynaq avadanlığından istifadə etməklə quraşdırma tez və asandır, eyni zamanda insan faktoru ilə bağlı səhv riskini azaldır.

“TECHNONICOL” PVC-membranları həm mülki tikintidə, həm də iri və mühüm obyektlərdə uğurla istifadə olunur - məsələn, Bakıda onların istifadəsi ilə “8 Noyabr” və “Memar Əcəmi 2” metro stansiyaları tikilib. Davamlılığı, yüksək etibarlılığı və geniş texniki dəstəyinə görə, bu yeraltı hidroizolyasiya sahəsində tikinti şirkətləri üçün ideal həlldir.

PVC-membranları daha ətraflı öyrənmək üçün linkdən keçin.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı