Millimizin oyunları göstərir ki, doğru yoldayıq - Fernandu Santuş

Millimizin oyunları göstərir ki, doğru yoldayıq.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş İsveç yığmasına qarşı keçirəcəkləri Millətlər Liqasının oyunundan öncə baş tutan mətbuat konfransında deyib.

69 yaşlı mütəxəssis sabah onları çətin qarşılaşma gözlədiyini bildirib:

"Əlbəttə ki, hər oyuna qələbə istəyi ilə çıxırıq. Son 3 matçda nəticə qazana bilməsək də, yığma məzmunlu oyun nümayiş etdirdi. Millimizin oyunları göstərir ki, doğru yoldayıq. Sabahkı görüşdə müdafiə olunmaq barədə yox, hücum etməyi düşünürük. Təəssüf ki, gəldiyim vaxtdan bu yana qələbə qazana bilməmişik. Ancaq inanıram ki, tez bir zamanda uğursuzluq zolağından çıxacağıq".

O, İsveçlə görüşdə heyətdə müəyyən dəyişikliklərin ola biləcəyini vurğulayıb:

"Sabahkı qarşılaşmada müəyyən dəyişikliklər ola bilər. Çünki futbolçular tez-tez oyunlara çıxırlar, bəziləri yorulur. Estoniya və İsveç yığmaları oyunlarına görə fərqlənirlər".

F.Santuş C Liqasında qalmaq üçün əllərindən gələni edəcəklərini söyləyib:

"Cüzi də olsa, şans varsa, biz bunun uğrunda mübarizə aparmalıyıq. Heç kim görüşdən əvvəl məğlub olmur. Əlbəttə ki, mübarizə aparacağıq. Necə ki, biz son matçda əlimizdən gələni etdik. İsveç komandası keyfiyyətli futbolçulardan təşkil olunub. Özümüzə inanmalyıq və çalışmalıyıq ki, uğurlu nəticə qazanaq".

Qeyd edək ki, noyabrın 19-da Solna şəhərindəki “Friends Arena”da keçiriləcək İsveç – Azərbaycan matçının start fiti Bakı vaxtı ilə saat 23:45-də səsləndiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı