Əməkdar artist Elza Seyidcahan Region TV-də yayımlanan "Şou məkan" verilişinə eksklüziv açıqlamalar verib.
Tanınmış ifaçı yazdığı şeirlərin birmənalı qarşılanmamasına münasibət bildirib: "Hər bir sənət, sənət əsəri birmənalı qarşılanmır. Elə olsaydı, mən sənətkar olmazdım. Yazdığım əsər müzakirə olunursa, onda qalibik də biz. Hiss etmirsiniz ki, mən qalibəm? Elə şairlər var ki, 40-50 kitabları var, amma oxunmur, müzakirə olunmur. Nə etsinlər, paxıllıqdan ürəkləri partlayır. Şeirlərimdə zarafatyana tərəflər də var. Elə insanlar var ki, onları gülə-gülə ağladıram, elələri var ki, ağlada-ağlada güldürürəm. Hər sənətkarın öz dili var. Bu, Elzanın dilidir. Nəsə bacarıramsa, bu, mənim uğurumdur. Kitab yox, amma broşura buraxmaq istəyirəm. Çünki son vaxtlar önəmli günlərdə, bir çox saytlarda Elza Seydicahan adı ilə anonim şeirlər yayımlandı. Bu da məni sevən insanları çox narahat etdiyi üçün istəyirəm ki, Elzanın öz dünyasını əks etdirən bir albom da olsun".
Sənətçi qızının toyundan danışıb: "Avqustun 24-ü gözəl məkanların birində qızımın toyudur. Allah hamının övladını xoşbəxt eləsin, mənim övladlarım da daxil olmaqla. Nənə olmaq istəyərdim. Arzum əkiz nəvə nənəsi olmaqdır".
Əməkdar artist, onu sevməyənlərə də mesaj göndərib: "Bəziləri məni sevməyə bilərlər. Bu gün məni bəyənmirsən, amma qorx ki, sabah məndən ötəri öləsən. Məni kənardan bəyənməyənlər, məni tanıyandan sonra köləmə çevrilirlər. Çalışıram ki, hər zaman öz səmimiliyimi qoruyub saxlayım. Bizim böyük şəxsiyyətlərimiz, ziyalılarımız da həmişə səmimi olublar. Ağac bar verdikcə, başını aşağı əyər. Qeyri-adi olmaq istəmişəm həmişə. Uşaq vaxtından anamdan, atamdan, nənəmdən fərqlənmək istəmişəm. Qeyri-adi olmaq maraqlıdır. Amma bəzən qeyri-adi şeylər sevilmir. Bəzən də qeyri-adi nəsə görəndə, kaş bunu mən edərdim deyə düşünürük".
Müğənni yarıdıcılıq işləri haqda da məlumat verib: "Üzümüzə gələn payız aylarında təyyarədə konsertim olacaq. Mahnılar da təyyarə aləminə, hava aləminə aid olacaq. Albom da çıxarmaq istəyirəm. Neçə dəfə albomum çıxıb, amma əldə qalmayıb. Maşınımda öz albomum yoxdur. Çünki albomları insanlara paylayırıq. Özümdə öz albomum yoxdur heç".
Milli.Az
Videonu izləmək üçün şəkilə klikləyin.

