Vyetnamın Quang Ngai sahilində qəribə obyekt tapılıb.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, qeyri-adi obyekt sahildə gəzən sakin tərəfindən aşkarlanıb. Hadisə yerinə gələn mütəxəssislər obyektin 4 metr diametrdə və 5 metr hündürlükdə olduğunu müəyyən ediblər. Qeyri-adi obyektin alt qismi tünd qəhvəyi, üst qismi isə metal sütunlarla örtülmüş və qızılı rəngə boyanıb. Üzərində çoxlu Çin heroqlifləri də müşahidə edilib.
İlkin araşdırmalara əsasən, obyektin meteorologiya və okeanoqrafik göstəriciləri izləmək üçün istifadə edilən lidar tipli dəniz cihazı olduğu qənaətinə gəliblər. Bu tip cihazlar açıq dənizdə dalğalar, külək istiqaməti və digər ekoloji amilləri ölçmə qabiliyyətinə malikdir.