“Real Madrid” rəhbərliyi xüsusilə UEFA Çempionlar Liqasında uğursuz oyunlar nümayiş etdirəndən sonra Karlo Ançelottinin yerinə namizədləri müzakirə edir.
Metbuat.az xəbər verir ki, bundan əvvəl, Raul Qonzales, Xabi Alonso və digər məşqçilərin adı gündəmə gəlib. “Defensa Central”ın xəbərinə görə, İspaniya nəhəngi yeni namizədi müzakirə edir. Bildirilir ki, rəhbərlik Karlo Ançelottinin oğlu Davide Ançelottinin namizədliyini nəzərdən keçirir.
Xəbərdə deyilir ki, Davide gənc istedadlarla davranışı və cəsarətli taktiki yanaşmaları ilə həm oyunçuların, həm də menecerlərin hörmətini qazanıb. Bəzi dairələr, Davide Ançelottinin təcrübəsiz olduğunu irəli sürsə də, onun məşqçi olması istisna edilmir.