Saat 10:00-da qaz kəsiləcək - Bu ərazilərdə

Bakının Nərimanov rayonunun İ.Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində siyirtmədə aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə 02.12.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyindən bildirilib.

Təmir-bərpa işləri aparılan müddətdə İ.Həsənoğlu, Təbriz və K. Rəhimov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR