Xalq artisti Zaur Rzayevin səhhəti yenidən pisləşib.

Metbuat.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, 74 yaşlı sənətçi ötən gün saat 21:30 radələrində Mərkəzi Neftçilər Xəstəxanasının Qəbul şöbəsinə hospitalizasiya edilib:

“Ona qaraciyər sirrozu, assit və toksiki ensefalopatiya diaqnozları təyin edilib. Hazırda pasiyentin müalicəsi Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir”.