"Nara bahalı saatımı və pullarımı oğurlayıb" - İkardi

"Qalatasaray"ın ulduz futbolçusu Mauro İkardi ilə ayrıldığı həyat yoldaşı Vanda Nara arasında yenidən gərginlik yaşanıb.

Metbuat.az xəbər verir ki, bu barədə İtaliyanın "Corriere dello Sport" qəzeti məlumat yayıb. Belə ki, Vanda Nara Mauro İkardidən Buenos Ayresdə yaşadığı lüks malikanəni tərk etməyi tələb edib. Lakin futbolçu bu tələbi rədd edib. Daha sonra Vanda Nara polisi çağıraraq İkardinin evdə odlu silahla olduğunu iddia edib.

Cütlük arasında mübahisənin qarşılıqlı təhdidlərə qədər uzandığı bildirilir. İkardi hadisənin daha da böyüməməsi üçün evi könüllü şəkildə tərk edib. Polis əməkdaşları evdə beş saatlıq axtarış aparsa da, heç bir odlu silah tapılmayıb.

Naranın bu şikayətinin İkardinin ona qarşı birgə hesabdakı pulu qanunsuz şəkildə mənimsəməklə bağlı iddiasından sonra gəldiyi qeyd olunur.

İkardi Buenos Ayresdəki yaxın dostunun evinə köçüb və polis axtarışından sonra öz evinə qayıtmaq istəyib. Ancaq Vanda evin giriş kodlarını dəyişdirib. Sonra Vandanın ona məxsus bahalı saatları və nəğd pulunu götürdüyünü iddia edərək polisə şikayət edib.

Argentina mətbuatına açıqlama verən Vanda Nara giriş kodlarını dəyişdirməsi ilə bağlı bunları deyib: "Keçmiş sevgilim Maksi Lopezə etdiyim kimi, evimi müvəqqəti olaraq istifadə üçün vermişdim. Mauro 25 noyabra qədər o evdə qala bilərdi. Ancaq şəxsi səbəblərə görə mənim o evə ehtiyacım oldu".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR