Bakı məktəblisi Romada 1-ci oldu - FOTO

Bakının Nizami rayonu 129 nömrəli məktəbin 10-cu sinif şagirdi Şükürlü Röyal Vüqar oğlu İtaliyanın paytaxtı Roma şəhərində keçirilən “Fibonacci” Beynəlxalq robot yarışında 1-ci yerə layiq görülüb.

Metbuat.az xəbər verir ki, həmişə öz fikirlərinə görə yaşıdlarından fərqlənən 15 yaşlı R.Şükürlü uşaqlıqdan leqo modellərinin yığılmasına böyük maraq göstərib. Bunun nəticəsində istər Azərbaycanda, istərsə də ölkə xaricində təşkil olunan robot yarışlarında iştirak edərək yüksək nəticələr əldə edib.

Bundan əvvəl o, Rumıniyanın Buxarest şəhərində keçirilən və 20 ölkənin “İnfomatrix WorLd Final” çempionatında “Mini Sumo” kateqoriyasında 1-ci yerə layiq görülərək platinium (fırst of the fırst) medalı ilə təltif edilib.

Eyni zamanda Rumıniya və 25 ölkənin qatıldığı “Robochallenge 2024” Dünya Çempionatının “Mini Sumo kids” kateqoriyası üzrə 174 komanda və 964 robot arasında 3-cü yerə layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR