Əri məmur xanımı belə təbrik etdi - FOTO

Türkiyədə Çanaqqala şəhərinə aid Güzelyalı kəndində maraqlı hadisə yaşanıb.

Metbuat.az yerli KİV-ə istinadən xəbər verir ki, kəndin muxtarı 42 yaşlı Elif Çelikə həyat yoldaşı tərəfindən qeyri-adi doğum günü sürprizi edilib.

Belə ki, Turan Çelik 28 illik həyat yoldaşının doğum gününü təbrik etmək üçün muxtar xanımının şəkli və təbrik mesajı yer alan posterlər hazırlayıb. “Nə xoşbəxtəm ki, mənim həyat yoldaşımsan”, “28 ildir ki, həyatımdasan, yaxşı ki doğulmusan” kimi mesajlar yazılmış posterlər şəhərin avtobus dayanacaqlarındakı reklam lövhələrində nümayiş etdirilib.

Məlumata görə, həyat yoldaşının bu jesti Elif Çeliki çox təsirləndirib. O, açıqlamasında hisslərini belə ifadə edib: "Mənim üçün böyük bir sürpriz oldu. Həyat yoldaşım məni onurlandırdı və çox xoşbəxt oldum. İnsanların bu cür jestlərə mənfi yanaşmaması lazım olduğunu düşünürəm. Bu, gözəl və şəxsi bir addımdır. Bütün qadınlar belə diqqətə layiqdir”.

Posterlər doğum günündən bir gün sonra sökülüb.

Fotoları təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR