Sənubər Nəzərova vəzifəsindən azad edildi

"Azərbaycan Dəmir Yolları” QSC-də kadr islahatı olub.

Metbuat.az bakivaxti.az-a istinadən xəbər verir ki, qurumun mətbuat katibi Sənubər Nəzərova tutduğu vəzifədən azad edilib.

QSC-nin sədri Rövşən Rüstəmov bununla bağlı əmr imzalayıb.

Sənubər Nəzərovanın yeni iş yeri hələlik bəlli deyil.

Qeyd edək ki, S.Nəzərova bu vəzifəyə 5 dekabr 2022-ci ildə təyin edilmişdi.

Onu da bildirək ki, Sənubər Nəzərova daha əvvəl - 2013-2020-ci illərdə "SOCAR AQS” MMC-də İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. 2021-ci ilin aprelindən 2022-ci ilin dekabrına kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində Aparatın İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı