Gürcüstan hökumətinin ölkənin Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqları təxirə salmaq qərarına qarşı nümayişlər davam edir.
Metbuat.az xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Kobaxidzenin ölkəsinin Avropa İttifaqına üzvlük danışıqlarını gündəmə gətirməyəcəyini elan etmişdi. Qərara etiraz olaraq ölkənin müxtəlif şəhərlərində nümayişlər davam edib. Minlərlə nmüayişçi paytaxt Tbilisidə yenidən parlament binası qarşısına toplaşaraq parlament seçkilərinin yenidən keçirilməsini tələb ediblər. Hökumətin qərarının ləğv edilməsini istəyən nümayişçilər hökumət əleyhinə şüarlar səsləndiriblər. Nümayişçilərin toplaşdığı ərazilərə təhlükəsizlik məqsədilə Gürcüstan Daxili İşlər Nazirliyinə bağlı çevik polis bölmələri və təzyiqli su maşınları yerləşdirilib.
Qeyd edək ki, bundan əvvəlki nümayişlərdə polislə etirazçılar arasında qarşıdurmalar müşahidə edilmişdi.