Misir və İordaniya rəsmiləri Suriya Prezidenti Bəşər Əsədi ölkəni tərk etməyə və sürgündə hökumət qurmağa çağırıblar.
"Metbuat.az" xəbər verir ki, bu barədə The Wall Street Journal mənbələrə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, “cümə günü Əsəd hələ də Suriyada qalırdı”, lakin ötən həftə onun həyat yoldaşı və uşaqları artıq Rusiyaya yola düşüblər. Məlumata əsasən, Bəşər Əsəd Türkiyədən üsyançıların irəliləyişini dayandırmaq üçün müdaxilə etməsini istəyib. Eyni zamanda Misir, İordaniya, İraq və Birləşmiş Ərəb Əmirliklərindən silah və kəşfiyyat dəstəyi tələb etsə də, rədd cavabı alıb.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bundan əvvəl Ankaranı Suriyadakı vəziyyətin nizamlanmasında təsirindən istifadə etməyə çağırmışdı.