Ukrayna Rusiya ərazisində yerləşən Rostov vilayətindəki hərbi hava limanına ABŞ istehsalı ATACMS raketləri ilə hücum edib.
Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat paylaşıb. Bildirilib ki, hücum zamanı Rostov vilayətinin Taqanroq şəhərindəki hərbi hava limanı Qərb istehsalı olan yüksək dəqiqlikli silahla hədəfə alınıb. Açıqlamada deyilir ki, hücumda 6 ədəd ATACMS raketindən istifadə edilib. 2-si Pantsir Hava Hücumundan Müdafiə Sistemi tərəfindən vurulub, qalanlarının qarşısı isə elektron vasitələrlə alınıb. Açıqlamaya görə, raket hissələrinin düşməsi nəticəsində hərbçilər yaralanıb, ətrafa zərər dəyib. Müdafiə Nazirliyi bu hücumla bağlı Rusiyanın lazımi addımlar atacağını bəyan edib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi ötən ay Ukraynanın Braynsk və Kursk vilayətlərindəki obyektlərə ATACMS raketləri ilə hücum etdiyini bildirmişdi.