Rusiya öz şəbəkəsini qlobal internetdən ayırır

Rusiya öz müstəqil internet şəbəkəsini qurmaqla ölkəni tamamilə qlobal internetdən ayıracaq metodları sınaqdan keçirir.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən həftəsonu milli infrastrukturunu yoxlamaq məqsədilə ölkənin bir neçə bölgəsində internetə giriş məhdudlaşdırılıb. Məhdudiyyətlər nəticəsində həmin bölgələrdə yaşayan sakinlər "YouTube", "Google", "WhatsApp" və "Telegram" kimi həm xarici, həm də yerli tətbiqlərə daxil ola bilməyiblər. Eyni zamanda VPN tətbiqlərinin də bu məhdudiyyətləri aşa bilmədiyi vurğulanıb.

Qərb ölkələri ilə artan gərginlik fonunda Rusiya xaricdən dəstəklənə biləcək üsyan və təbliğat cəhdlərinin qarşısını almaq üçün ölkəni qlobal internetdən ayırmağı hədəfləyir. Lakin bu zaman ölkədaxili infrastrukturların - banklar, POS terminalları, universitetlər, dövlət qurumları və özəl şirkətlərin bir-birinə olan bağlantısının davam etməsi təmin edilir. Sınaqdan keçirilən "lokal internet şəbəkəsi" tamamilə Rusiyanın nəzarətində olmaqla xaricdən bu şəbəkəyə giriş və ölkə daxilindən qlobal veb saytlarına və servislərə çıxış qeyri-mümkün olur.

"NetBlocks" internet tənzimləyicisinin məlumatına görə, 24 saat davam edən sınaqdan sonra 7 dekabr 2024-cü il şənbə günü Dağıstanda internet bağlantısı bərpa edilib.

Mütəxəssislər telekommunikasiya tənzimləyicisi "Roskomnadzor"un bu prosesi müəyyən bölgədə xarici internetə çıxışı məhdudlaşdırma qabiliyyətinin testi kimi qiymətləndiriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı