Rusiyada növbəti dəfə güclü zəlzələ olub. Kamçatkanın Kronotsk körfəzində baş verən zəlzələ 5,4 maqnitudada qeydə alınıb.
Metbuat.az xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Kamçatka vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.
"Bu gün dekabrın 15-də səhər Kronotsk körfəzinin akvatoriyasında 5,4 maqnitudalı seysmik hadisə baş verib. Zəlzələ ocağı 123 km dərinlikdə, episentri Milkovo kəndindən 135 km şərqdə yerləşib",- deyə məlumatda deyilir.
Yeraltı təkanlar Petropavlovsk-Kamçatka və Vilyuçinsk şəhər dairələrində, həmçinin Yelizovsk rayonunda iki maqnitudada hiss olunub.
Sunami təhlükəsi elan edilməyib.