Rusiya tankeri batdı

Rusiyanın “Volqaneft” tankeri Kerç boğazında fəlakətə uğrayıb.

Metbuat.az TASS-a istinadən, bu barədə təcili yardım xidmətləri məlumat verib.

Agentliyin həmsöhbəti bildirib ki, “fırtına şəraitində [4 ton mazut daşıyan] tankerin burun hissəsi qopub, 13 nəfərlik heyət gəminin arxa hissəsində yerləşir”.

O əlavə edib ki, xəsarət alanlar barədə məlumat daxil olmayıb. Həmçinin mazutun dağılması barədə də məlumat yoxdur. Hadisə sahildən 8 km məsafədə baş verib.

Regionun Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi bildirib ki, gəmi heyətinin köməyinə Rusiyanın FHN-nin Mi-8 helikopteri göndərilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR