Türkiyə Kubokunun 5-ci turunda "Çorum FK" ilə "24 Erzincanspor" arasında qarşılaşmada 10 qol vurulub.
Metbuat.az xəbər verir ki, qonaq "Çorum FK" komandası 6-4 hesabı ilə qalib gəlib.
Matçın əvvəlindən üstün oynayan "Çorum FK" 3 və 51-ci dəqiqələrdə Ahmethan Köse, 49-cu dəqiqədə Eren Karadağ və 59-cu dəqiqədə Mustafa Yalçınkayanın qolları ilə 4-0 önə keçib. Lakin "24 Erzincanspor" oyunda geri dönüş cəhdi edib. 68-ci dəqiqədə Yasin Gülger, 69 və 75-ci dəqiqələrdə Şamil Başaranın qolları ilə hesabı 4-3 edib və ümidlənib.
Dahs onra "Çorum FK"nın 84-cü dəqiqədə Suat Kaya penaltidən vurduğu qolla hesabı 5-3 edib. "Erzincanspor" isə 86-cı dəqiqədə Salih Emin Sebetci ilə bir qol daha vuraraq fərqi yenidən minimuma endirib (5-4). Oyunun son anlarında "Çorum FK" 90+5-ci dəqiqədə Eren Karadağın qolu ilə matçı 6-4 hesabı ilə qələbə ilə başa vurub. "24 Erzincanspor"dan Muhammet Özkal 90+4-cü dəqiqədə qırmızı vərəqə alaraq komandasını meydanda 10 nəfər qoyub.
Bu nəticə ilə "Çorum FK" Ziraat Türkiyə Kubokunda növbəti mərhələyə adlaya bilib. Kubokun püşkatma mərasimi 20 dekabr saat 14:30-da keçiriləcək.