"Rossiya 24" telekanalında Bakıda keçiriləcək I Avropa Oyunlarının məşəl estafetinə həsr olunmuş süjet yayımlanıb.
Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, süjetdə I Avropa Oyunları ərəfəsində Bakı, həmçinin paytaxt sakinləri ilə müsahibələr nümayiş etdirilib:
"İlk Avropa Oyunlarının məşəl estafeti paytaxtda - küləklər şəhəri Bakıda - məşhur bulvarda başlayıb. Məşəl katerlə gətirilib və Azərbaycan paytaxtında məşəli ilk daşıyan Prezident İlham Əliyev olub".
Süjetdə bildirilir ki, minlərlə azərbaycanlı və qonaq məşəl estafetinin iştirakçılarını gurultulu alqışlarla qarşılayıb: "Bakının küçələri və meydanları nəhəng bayram səhnələrinə çevrilib, bundan başqa, tədbirin özü teatrlaşdırılmış tamaşa kimi keçib".
Milli.Az
Videonu izləmək üçün şəkilə klikləyin.

