Türkiyə XİN təyyarə qəzası ilə bağlı başsağlığı verdi

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Qazaxıstanda baş vermiş təyyarə qəzası ilə bağlı başsağlığı verib.

Metbuat.az xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında məlumat yayılıb.

Məlumatda qəzada həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına başsağlığı, yaralılara isə tezliklə şəfa dilənib.

“Azərbaycanlı və qazaxıstanlı qardaşlara hər cür lazımi dəstək veriləcək”, - deyə vurğulanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı