“Həmişə deyirdi ki, mənimlə fəxr edin” - Hökümənin anası

“Hökümənin həlak olduğunu atası dedi. Hökümə 6-cı sinfə qədər Rusiyada oxuyub, Vətəni çox istəyirdi. Sonra Vətənə qayıtdıq, ali təhsil aldı, hüquqşünas oldu”.

Metbuat.az xəbər verirki, bunu APA-ya AZAL-ın qəzaya uğrayan təyyarəsinin həlak olan ekipaj üzvü Hökümə Əliyevanın anası, Samux rayon sakini Kəmalə Alıyeva bildirib.

O, Hökümənin 2016-cı ildən AZAL-da çalışdığını deyib: “Hökümə çox gülərüz idi. Əksər ölkələrdə olmuşdu. Hər zaman deyirdi ki, mənimlə fəxr edin. Bir dəfə səfərdən dönəndə dedi ki, az qala təyyarə qəza edəcəkdi… Bu dəfə qəza oldu, qızım xilas ola bilmədi".

Qeyd edək ki, 1991-ci il təvəllüdlü Hökümə Əliyeva əslən Kəlbəcər rayonundandır. BDU-nun Hüquq fakültəsinin məzunu olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı