Sağ qalanlar günün ikinci yarısında ölkəyə gətiriləcək - AÇIQLAMA

Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarə qəzasında sağ qalan şəxslərin günün ikinci yarısından etibarən ölkəyə gətirilməsi planlaşdırılır.

Metbuat.az xəbər verir ki, bu barədə AZAL-ın prezidenti Samir Rzayev jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, ekipaj üzvləri qəhrəmancasına, peşakarlıqla işlərini yerinə yetirdikləri üçün 20-dən çox sərnişin sağ qaldı.

"Hadisənin səbəbləri araşdırılır və müəyyənləşdiriləcək", - deyə o bildirib.

Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı