Gürcüstan Prezidenti Salome Zurabişvili varisinin andiçmə mərasimi ərəfəsində iqamətgahında gecələyəcəyini bildirib.
Metbuat.az qafqazinfo-ya istinadla xəbər verir ki, bu haqda o, videomüraciətində deyib.
“Sizi Orbeliani sarayından salamlayıram. Mən buradayam, burada olacağam və burada gecələyəcəm”, - deyə siyasətçi qeyd edib.
O, tərəfdarlarını ertəsi gün yerli saatla 10:00-da iqamətgaha gəlməyə çağırıb. Sonra gələcək planlarını açıqlayacaq.
Xatırladaq ki, Zurabişvilinin səlahiyyət müddəti dekabrın 29-da, ölkənin yeni prezidenti Mixail Kavelaşvilinin andiçmə mərasimi günü başa çatır.
Daha əvvəl də Zurabişvili vəzifəsini tərk etməyəcəyini açıqlayıb.