​Təyyarə qəzasında həlak olan kapitanın nəşi ailəsinə təhvil verilib

Bu gün Bakıya gətirilən Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində həlak olmuş hava gəmisinin kapitanı İqor Kşnyakinin nəşinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin müvafiq şöbəsində məhkəmə-tibbi müayinəsi aparılıb.

Metbuat.az “Report”a istinadən xəbər verir ki, müayinədən sonra mərhum kapitanın meyiti xüsusi ayrılmış avtomobillə ailəsinə təhvil verilib.

Qeyd edək ki, Aktauda baş verən təyyarə qəzasında həlak olan pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökümə Əliyeva bu gün İkinci Fəxri Xiyabanda dəfn olunacaqlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı