ANAMA əməkdaşının evdən meyiti tapıldı

Qazaxda zəhərlənmə faktı qeydə alınıb.

Metbuat.az APA-a istinadla xəbər verir ki, hadisə rayonun Nəriman Nərimanov qəsəbəsində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü V.Yaqubov yaşadığı evin vanna otağından zəhərlənib. Onun meyiti yaxınları tərəfindın aşkarlanıb.

Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki dəm qazından boğularaq ölən V.Yaqubov Ağdam rayon sakinidir.

Onun Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olduğu bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı