AZAL-ın təyyarəsində nasazlıqla bağlı siqnal işə düşdü

Bakı-Aktau istiqamətində uçuş həyata keçirən "Gulfstream" tipli təyyarə uğurlu eniş etdikdən sonra təyyarənin yerdə idarəolunması zamanı göyərtəsində texniki nasazlıqla bağlı işarə siqnalı işə düşüb.

Metbuat.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-dən(AZAL) məlumat verilib.

Bildirilib ki, pilotlar təyyarənin sistemini yeniləyib və məlum olub ki, təyyarədə heç bir texniki nasazlıq yoxdur və təyyarə uçuşa hazırdır.

Təyyarədə sərnişin olmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı