İtaliya Superkubokunda finala yüksələn ilk komanda bəlli olub.
Metbuat.az xəbər verir ki, yarımfinalda "İnter" və "Atalanta" üz-üzə gəlib. Görüş Milan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"İnter"in heyətində hər iki qolu Denzel Dumfries vurub.
Yarımfinalın digər oyununda "Yuventus" və " Milan" komandaları qarşılaşacaq. Matç bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.