Yeniyetmə maşının açarına görə atasını öldürdü

Rusiyanın Sankt-Peterburq şəhərində 17 yaşlı oğlan atası ilə dava edib və onu öldürüb.

Metbuat.az lent.az-a istinadən xəbər ki, hadisə Yeni il gecəsi Kulturı prospektindəki mənzildə baş verib.

İstintaq müəyyən edib ki, yeniyetmə çox sərxoş halda saat iki radələrində evə gəlib. Gənc oğlan atasından maşının açarlarını tələb edib və rədd cavabı alaraq mətbəx bıçağını götürüb. Yeniyetmə atasını sinəsindən bıçaqla vuraraq, öldürüb.

Hadisə yerinə gələn təhlükəsizlik qüvvələri yeniyetməni saxlayıb.

Faktla bağlı cinayət işi açılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı