Bu ölkədə dövlət qulluqçularının maaşları 4 dəfə artırılacaq

Suriya Maliyyə Nazirliyi fövqəladə tədbir olaraq nazirliklərin inzibati strukturunun yenidən qurulmasını başa vurduqdan sonra gələn ay dövlət sektoru işçilərinin maaşlarını 400% artırmaq qərarına gəlib.

Metbuat.az “Report”a istinadən xəbər verir ki, maaş artımları mövcud hökumət resursları, həmçinin regional yardım, investisiyalar və Suriyanın xaricdəki aktivlərinin dondurulması səyləri hesabına maliyyələşdiriləcək.

Hakimiyyət bunun üçün təxminən 127 milyon dollar xərcləməyi planlaşdırır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı