"Liverpul" "Real Madrid"in futbolçusu Aurelien Tşouameni üçün 50 milyon avro təklif edib.
Metbuat.az xəbər verir ki, Premyer Liqa klubu 35 milyon avro ilkin ödəniş və növbəti mövsüm üçün 15 milyon avro əlavə ödəniş təklif edib. İspaniya mediasının məlumatına görə, İngiltərə nəhəngi “Real”da davamlı olaraq əsas heyətə düşə bilməyən futbolçunu transfer etməkdə israrlıdır. Tşouamenin top qazanma qabiliyyəti, oyun biliyi və fiziki hazırlığı “Liverpul”un diqqətini cəlb edib. Məlumata görə, Tşouameni ilə “Liverpul”dan əlavə bir sıra Avropa klubları maraqlanır.
Bildirilir ki, “Real” ulduz futbolçunu klubda saxlamaq istəsə də, “Liverpul”un təklifi Madrid klubunun diqqətini cəlb edib.