Salyanda kişi qətlə yetirilib.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Yeni Uluxanlı kəndində itkin düşmüş kimi axtarışı aparılan 41 yaşlı Röyal Hüseynovun həyat yoldaşı tərəfindən öldürülməsi polis əməkdaşları tərəfindən müəyyən edilib.

Məlum olub ki, 1986-cı il təvəllüdlü Mətanət Hüseynova həyat yoldaşını ov tüfəngi ilə qətlə yetirdikdən sonra izi itirmək üçün cəsədi hissələrlə kanala atıb.

Araşdırma aparılır.