Xəbər verdiyimiz kimi, bu gün Çində 7,1 bal gücündə zəlzələ baş verib. Eyni zamanda Azərbaycan-İran sərhədində də 3,6 maqnitudalı zəlzələ olub və ətraf ərazilərdə hiss olunub.
Məsələ ilə bağlı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Metbuat.az-a açıqlamasında bildirib ki, bu iki hadisə arasında fərqlər var:
“İranla sərhəddə baş verən zəlzələ qorxulu deyil. Yerdaxili gedən proseslərin nəticəsində dərinlik qırılması boyu gərginlik toplanan bloklar arasında gedən sıxılma və ya genişlənmə olur və laylar parçalanır. Bunun nəticəsində də zəlzələlər baş verir”.
Seysmoloq Azərbaycanda da güclü zəlzələlərin olma ehtimalından danışıb:
“Azərbaycanda ehtimal yoxdur ki, Çindəki kimi maqnitudası 7-dən yuxarı zəlzələ baş versin. Xırda təkanlar var və olmalıdır. Ancaq dağıdıcı gücə malik zəlzələ ehtimalı yoxdur”.
Sevinc İbrahimzadə / Metbuat.az