"Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, təəssüflər olsun ki, hələ də texniki tələblərə cavab verməyən, konstruksiya bütövlüyü pozulmuş, xarici işıq cihazları nasaz traktor və ya digər kənd təsərrüfatı texnikalarının avtomobil yollarında hərəkətinin şahidi oluruq".
Metbuat.az xəbər verir ki, bu fikirləri Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev Tərtərdə baş verən ağır qəza ilə bağlı qeyd edib.
O bildirib ki, həmin texnikaların bu formada avtomobil yollarında hərəkəti digər hərəkət iştirakçıları üçün real təhlükə yaradır:
"Təəssüf hissi ilə qeyd edilməlidir ki, hətda bəzən sürücülük hüququ olmadan bu növ texnikaların idarə edilməsi hallarına rast gəlinir ki, bu hal sonda ağır nəticəli yol nəqliyyat hadisələrinin baş verməsini qaçılmaz edir. Qeyd olunanlar nəzərə alınaraq traktor və digər kənd təsərüffatı texnikalarını idarə edən şəxslərdən bir daha yol hərəkəti qaydalarına ciddi riayət etmələri tələb olunur".
Sevinc İbrahimzadə / Metbuat.az