Çinin Tibet Muxtar Rayonunda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 32-yə çatıb, 38 nəfər isə yaralanıb.
Metbuat.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatında zəlzələnin gücünün 7,1 bal olduğu bildirilib. Təkanların episentri Şiqadze şəhərindən 163 km cənub-qərbdə, 10 km dərinlikdə yerləşib.
Xilasetmə işləri davam edir, bölgədə əlavə təkanların ola biləcəyi ehtimal edilir. Yerli hakimiyyət orqanları zərərçəkənlərə yardım üçün səfərbər olunub.